Axtar
Elan əlavə et

Şirkətimiz haqqında

Biz kimik

Şirkətimiz haqqında

İnnova İnnovativ Reklamçılıq şirkətinin əsası 2018-ci ildə qoyulmuşdur.

Şirkət açıq məkanda yerləşdirilən innovativ reklam daşıyıcıları və yeni texnologiyaların yerli reklam bazarına gətirilməsi və tətbiqini həyata keçirir.

Peşəkarlığı və dəqiqliyi əsas tutaraq güclü təməllər üzərində qurulan şirkət reklamçılıq sektorunda yenilikçi və təkmilləşdirilmiş texnologiyanın tətbiqini hədəfləyir.

İnnovativ fəaliyyəti ilə yerli reklam bazarının inkişafını təmin etmək üçün yeni ideyalar, texnologiya və məhsulları reklamın müxtəlif sahələrinə tətbiq etməklə layihələrə dəstək olur.

Yeni və müasir reklam konstruksiyalarının istifadəsi, yüksək texnologiyalarla işləmə bacarığı, reklam qurğularında innovativ həllərin tətbiq edilməsi əsas meyar hesab olunur. İnnova Azərbaycanın reklam bazarına dünya təcrübəsinin gətirmək, istedadlı gənclərə, startap və layihələrə təkan vermək, kiçik sahibkarlığı stimullaşdırmaqla tərzin yaradılması üçün ciddi addımlar atır.

Agentlik, həmçinin ictimai tədbirlərin keçirilməsi və digər reklam xidmətləri ilə də məşğul olur.

Şirkətin innovasiya sahəsində strategiyası, siyasəti, başlıca məqsədi istehsalın texnoloji səviyyəsinin yüksəldilməsi və rəqabət qabiliyyətli məhsulların istehsalının həcmini artırmağa hesablanıb.

Həmçinin İnnova reklam kampaniyalarının keçirilməsinin intensivləşdirilməsinə və innovativ istiqamətdə səmərəliliyinin artırılmasına, reklam sferasının inkişafına yönəlik aktivlik nümayiş etdirir, layihələrə imza atır.

Reklamçılıqda intellektual fəaliyyətin yüksəldilməsi, daha müasir texnologiyaların yaradılması üçün şəraiti təmin edir.

Bunun üçün yerli reklam bazarının mexanizmlərindən, elmi-texniki potensialından maksimum və səmərəli şəkildə istifadə edir, reklam qanunvericiliyinə uyğun yeni və işlək mexanizmlər təklif edir.

Bizə sualınız?

Sizə xidmət göstərməkdən məmnunuq!